Cəmiyyət

Bakıda maşını qaçırıb iki nəfərə satdılar

Sharing is caring!

Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsində “Mercedes-Benz” markalı bir avtomobilin cəriməsi yoxlanılarkən onun qaçırıldığı aşkar olunub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, maşın cərimə meydançasına yerləşdirilib.

Araşdırmalarla Bakı şəhər sakini Pərvin Tağıyev və Saatlı rayon sakini Sənan Zeynalovun Binəqədi qəsəbəsi ərazisindən qaçırdıqları, Lənkəran rayon sakini R.Nəsirova məxsus nasaz vəziyyətdə olan “Mercedes-Benz” markalı avtomobili Lerik rayon sakinləri N.Qasımova və əmisi oğluna satdıqları müəyyən olunub.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən P.Tağıyev və S.Zeynalov saxlanılıblar.

Araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir