Siyasət

“Ermənistan təxribatlarını davam etdirəcəyi təqdirdə nəticələri çox ağır olacaq” – RƏY + FOTO

Sharing is caring!

“Ermənistan hakimiyyəti hər zaman olduğu kimi, yenə də bölgədə barışın və təhlükəsizliyin dayanıqlı olmasının, Azərbaycanın Şərqi Zəngəzurda apardığı infrastruktur layihələrinin, məskunlaşma prosesinin qarşısını almaq və gələcəkdə imzalanması planlaşdırılan sülh sazişinə aparan prosesi ləngitmək məqsədilə sərhəddə təxribat törədib. Azərbaycan Ordusu isə Ermənistanın təxribatına layiqli cavab verib. Belə ki, Ermənistanın atəş və döyüş mövqeləri, hərbi infrastrukturları tamamilə darmadağın edilib, xeyli sayda strateji yüksəklik nəzarətə götürülüb. Ermənistan ordusunun 450 nəfərədək itkisi var. Əgər Ermənistan bundan sonra da bu cür təxribatlarını davam etdirəcəyi təqdirdə nəticələri çox ağır olacaq”.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.

Onun sözlərinə görə, Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrin məsuliyyəti birbaşa olaraq Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür:

“Çünki Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə əldə etdikdən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə Ermənistan tərəfinə bundan sonrakı normallaşma münasibətləri, xüsusilə də sülh müqaviləsinin imzalanması üçn 5 maddədən ibarət təklif irəli sürüb və müzakirələr həm Avropa İttifaqının, eyni zamanda Rusiya Prezidentinin rəhbərliyi ilə davam etdirilir. Ancaq Ermənistan hər vəchlə regionda sülh və sabitliyə nail olunmasına mane olmağa səy göstərir”.

M.Abbaszadə bildirib ki, Azərbaycan dövləti bütün sahələrdə olduğu kimi, hərbi sahədə də Ermənistandan irəlidədir:

“Bu gün Azərbaycan Ordusunun müasir silahlara sahib olması, ordunun maddi-texniki bazasının möhkəm olması, əsgər və zabitlərə dövlətin diqqət və qayğısı Silahlı Qüvvələrimizi dünyanın ən inkişaf etmiş orduları sırasına çıxarıb. Bu da Azərbaycanın təhlükəsizliyinin qorunması baxımından vacib məqamdır. Azərbaycan Ordusu bundan sonra da ölkənin sərhədlərini, müstəqilliyini və bütövlüyünü qorumaq uğrunda mübarizəsini davam etdirəcək və düşmənə layiqli cavab verəcək”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir