Dünya

İstanbulun Qalata körpüsü təmirə bağlanır

Sharing is caring!


İstanbulun məşhur Qalata körpüsü müqavimətini artırmaq məqsədilə avqustun 13-də təmir işləri üçün 40 gün müddətinə bağlanacaq.

Məlumata görə, körpünün təmiri çərçivəsində asfalt örtüyünün və genişləndirici birləşmələrin dəyişdirilməsi nəzərdə tutulub. Bundan əlavə, mütəxəssislər dayaq hissəsindən artıq çəkini götürərək körpünün qaldırma sistemini yüngülləşdirməyə hazırlaşırlar. Bundan əlavə, körpünün hidroizolyasiya sistemi də dəyişdiriləcək. Qeyd edək ki, təmir zamanı sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunub.

Mənbə:lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir