Secme Xeberler

Türkiyəli sahibkar azərbaycanlı sevgilisini Qarabağa qaçırdı

Türkiyədə 37 yaşlı sahibkar İbrahim B. adlı şəxs 250 adamın adına 10 milyon lirə kredit götürərək azərbaycanlı sevgilisi ilə xaricə qaçıb.

Unikal.org xəbər verir ki, Aydın bölgəsinin Koçarlı mahalında 5 il əvvəl süd və süd məhsulları satışı ilə məşğul olan və özünə ferma açan evli və 3 uşaq atası İbrahim B., sözügedən ərazidə 50 hektar torpaq alıb. Bundan sonra İbrahim B 250 nəfər ilə ortaq iş birliyinə girərək onların adına 10 min lirə kredit götürüb. İbrahim. B fermer təsərrüfatını artıqmaq məqsədilə bu krediti götürüb.

Ötən ilin may ayına qədər biznes tərəfdaşları ilə əlaqəsini davam etdirən İbrahim B., iddiaya görə azərbaycanlı sevgilisi E.N. ilə ölkədən qaçıb. O, bütün təsərrüfatını (ferma, 200 başdan çox iri buynuzlu inəklər, torpaq sahəsi) sataraq ölkədən gedib.

Həyat yoldaşı və 3 uşağı ilə birlikdə özəl banklara 3 milyon 600 min tele, ümumilikdə isə 10 milyon manat borc buraxan İbrahim B. iddiaya görə Ermənistan tərəfindən işğal edilən Azərbaycanının Dağlıq Qarabağ bölgəsinə qaçırıb.

İbrahim B.-dan zərər görən insanlar prokurorluğa şikayət ediblər. Artıq hadisə ilə bağlı cinayət işi açılıb.

İbrahim B-dan zərər görən şəxslər isə onun həyat yoldaşından pullarını tələb edirlər. Buna görə, sosial şəbəkələrdə İbrahim B-nin həyat yoldaşı G.B. ilə də mübahisə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir