Dünya

Rusiya Qara dəniz sahilində yeni donanma qurur: Gürcüstandan sərt reaksiya gəlib

Sharing is caring!


Rusiya Gürcüstan dövlətinin nəzarəti altında olmayan Abxaziya regionunun “rəhbərliyi” ilə Qara dəniz sahilində daimi hərbi-dəniz bazası yaradılması haqqında “saziş” imzalayıb.

Bu barədə separatçı Abxaziya rejiminin lideri Aslan Bjaniya məlumat verib.

O, bu barədə Rusiya Prezidenti Vladimir Putinlə görüşdən bir gün sonra açıqlama verib.

Öz növbəsində Gürcüstan XİN bu hadisəni kəskin pisləyib və Moskvanı Gürcüstanın ərazi bütövlüyünə hörmət etməyə çağırıb.

“Bu cür hərəkətlər Gürcüstanın suverenliyinin və ərazi bütövlüyünün kobud şəkildə pozulması anlamına gəlir və Abxaziya və Tsxinvali regionlarının qanunsuz işğalının legitimləşdirilməsi istiqamətində növbəti təxribat cəhdləridir. Beynəlxalq ictimaiyyət Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir.

Biz Rusiya Federasiyasını beynəlxalq öhdəliklərinə hörmət etməyə, Avropa İttifaqının vasitəçiliyi ilə 2008-ci il avqustun 12-də bağlanmış atəşkəs sazişini yerinə yetirməyə və Gürcüstanın ayrılmaz bölgələrinin qanunsuz işğalını dayandırmağa çağırırıq”, – Gürcüstan XİN-in mətbuat xidmətinin bəyanatında qeyd olunur.

Mənbə: Ekhokavkaza.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir