Secme Xeberler

“Apple” şüşə qulaqcıqlar istehsal edəcək

Sharing is caring!

“Apple” şirkəti yeni “AirPods” qulaqcıqlarının istehsalında şüşədən istifadə edəcək.

“Korresponsent” nəşrinin verdiyi xəbərə görə, bu barədə məlumat ABŞ-ın Ticarət Nişanları və Patent Komitəsinin bazasında qeydə alınıb. Məlumata əsasən, “Apple” qulağın içinə taxılan hissəsi tamamilə şüşədən olan yeni qulaqcığı patentləşdirib.

Mütəxəssislər bildirir ki, şüşə metal və plastiklə müqayisədə cızıqlara qarşı həssas deyil. Bununla yanaşı, şüşə estetik cəhətdən daha cəlbedicidir.

Qeyd edək ki, “Apple” qulaqcıqların istehsalında şüşədən istifadə edən ilk şirkət deyil. Bundan əvvəl “Sennheiser” şirkəti HD820 qulaqcıqlarının istehsalında analoji materialı tətbiq edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir