Dünya

Yarım milyonluq onlayn sifarişləri götürüb qaçdı

Sharing is caring!

Rusiyada Moskva şəhər sakini Mərkəzi Universal Mağazadan (MUM) 436 000 rubl (10 000 AZN) dəyərində sifariş verib.

“Baza” “Telegram” kanalı xəbər verir ki, məşhur geyim markalarından sifarişlərini alan şəxs “paltarları geyinib yoxlamaq üçün” bir otaqdan digərinə keçib.

10 dəqiqə keçib, lakin sifarişçi otaqdan çıxmayıb.

Bu zaman kuryer həmin otağa girib və oranın boş olduğunu görüb.

Məlum olub ki, sifarişçi birinci mərtəbədə yerləşən evi gündəlik kirayə edib və sifarişlərini götürüb pəncərədən qaçıb.

Polis oğrunun axtarışına başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir