İran Xəzər dənizində geniş hərbi təlimlər keçirəcək.
XəbərAl.az xəbər verir ki, 4 gün davam edəcək təlimlər İranın ərazi sularında keçiriləcək. Təlimlərə hərbi gəmilərlə yanaşı, helikopterlər də cəlb olunacaq.
Oğuz rayonunun Xaçmaz kənd sakini intihar edib. Xeberal.az-ın məlumatına görə, hadisə meşəyə yaxın ərazidə baş verib. 1972-ci il təvəllüdlü Əfqan Rəşidov ağacdan özünü asıb. Faktla bağlı araşdırmalara başlanılıb. İlhamə Əbülfət Xeberal.az
Lənkəran rayonunun Sütəmurdov kəndində bir nəfər körpüyə çıxaraq intihar etmək istəyib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Nazirliyin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Xeberal.az
Nazirlər Kabineti “Fövqəladə hallarda, pandemiya və bu kimi xüsusi vəziyyətlərdə uşaqların təhsilə, sosial və digər xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin edilməsi Qaydası”nı təsdiqləyib. Xeberal.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Bu Qayda fövqəladə hallarda, pandemiya və bu kimi xüsusi vəziyyətlərdə uşaqların təhsilə, sosial, tibbi və psixoloji xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin edilməsi […]