Hadisə Manşetüstü

İsmayıllıda 22 yaşlı gənci cərəyan vurdu

Sharing is caring!

İsmayıllıda 22 yaşlı gəncbədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

XəbərAl.az xəbər verir ki, hadisə İvanovka kəndində qeydə alınıb.

Kənd sakini, 1997-ci il təvəllüdlü Jaben Aleksandr Nikolayeviç yaşadığı evdə elektrik naqilini təmir edərkən ehtiyatsızlıq edib və cərəyan onu vuraraq öldürüb. Onun meyiti müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon Şöbəsinə aparılıb.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğunda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir