Dünya

Brandenburq darvazalarının işığını söndürəcəklər

Sharing is caring!

Berlin meri Fransiska Giffey gecə yarısından sonra Brandenburq darvazası və Berlin Senatının binası kimi ictimai obyektlərin işıqlandırılmasını söndürməyi təklif edib.

Bu barədə çərşənbə günü DPA agentliyi məlumat yayıb.

“Bizim vəziyyətimizdə enerjiyə qənaət etmək üçün bütün imkanları nəzərdən keçirməyə dəyər”, – deyə siyasətçi agentliyə bildirib.

Qiffeyin sözlərinə görə, belə tədbirlərin görülməsi o demək deyil ki, şəhər qaranlığa qərq olmalıdır. Sadəcə, enerjiyə qənaətlə bağlı tarazlığı tapmaq lazımdır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir