Region

Yerevan Vardenis-Ağdərə yolundan istifadə üçün Bakıdan icazə istəyir

Sharing is caring!

Ermənistan hökuməti Vardenis-Ağdərə yolundan istifadə etmək üçün Azərbaycanla danışıqlar aparır.

XəbərAl.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, danışıqlar Moskvanın vasitəçiliyi ilə həyata keçirilir.

Yolun böyük hissəsinin Azərbaycanın nəzarətinə qayıtmasından sonra rəsmi Yerevan yoldan müəyyən qrafik üzrə istifadə etmək icazəsi istəyib.

 Xatırladaq ki, bundan əvvəl, keçmiş Ağdərə rayonunun Drambon kəndinin sakinləri rusiyalı sülhməramlılardan Ermənistana gedib-gəlmək üçün həmin yoldan istifadə etmək istədiklərini bildirmişdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir