İdman

Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasının oyunlarına təyinat aldı

Sharing is caring!


Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli UEFA-dan növbəti təyinat alıb.

AFFA-nın rəsmi saytının yaydığı məlumata görə, o, futzal üzrə Çempionlar Liqasının matçlarında iş başında olacaq.

E.Səmədli 6-cı qrupun görüşlərində iştirak edəcək. Bu qrupda “Gentofte” (Danimarka), “Riqa” (Latviya), “Radnik Bijeljina” (Bosniya və Herseqovina) və “Plzen” (Çexiya) komandaları mübarizə aparacaqlar.

Oyunlar oktyabrın 25-dən 28-dək Çexiyada keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir