Ölkə

“Yeni binanın tikilib-tikilməməsi sahiblərinin işidir” – Nazir

“Biz düşünürük ki, gələn həftə ərzində bütün sahibkarlara maddi yardım ediləcək”.

XəbərAl.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Onun sözlərinə görə, dəymiş ziyanın tam məbləği araşdırılandan sonra sahibkarlara ödənilmiş maddi yardım nəzərə alınacaq:

“Yəni ödənilmiş məbləğlər maddi ziyanın hesabına aid olacaq. Bundan əlavə, sabahdan etibarən ticarət mərkəzində yanmamış anbarlarda malların inventarlaşmasına başlanılacaq. Qısa müddətdə malların uçotu aparılandan sonra ziyanın dəqiq məbləği müəyyənləşəndən sonra da qalan hissəsi sahibkarlara ödəniləcək. Həmçinin sahibkarlar şəhərin müxtəlif yerlərində yerləşən ticarət mərkəzlərində təkliflər alıb. Sahibkarların müraciəti əsasında nazirliyin Sahibkarlığa kömək və inkişaf fondu tərəfindən güzəştli kreditlər də veriləcək. Biz sahibkarlara lazım olan məbləğdə güzəştli kredit verməyə hazırıq. Hökumət komissiyası fəaliyyətində bu məsələlərə baxır və müvafiq qərar veriləcək. Əlbəttə bu, ilkin yardımdır. Bu istiqamətdə lazımi fəaliyyət göstərilir”.

Ticarət mərkəzinin bərpasına gəlincə isə nazir qeyd edib ki, dünən Fövqəladə Hallar Nazirliyi elan etdi ki, bu ticarət mərkəzinin binası bərpa oluna bilməz:

“Bu da o deməkdir ki, bina söküləcək. Yeni binanın tikilib-tikilməməsi binanın sahiblərinin işidir. Bu haqda onlar qərar qəbul etməlidirlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir