Cəmiyyət

Cəlilabadda yol qəzasında ikisi qardaş olmaqla dörd nəfər yaralandı

Sharing is caring!

Cəlilabadda 4 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Belə ki, iki avtomobil toqquşması zamanı rayonun Göytəpə şəhər sakinləri, 1990-cı il təvəllüdlü Sadiqov Tofiq Alxas oğlu, onun qardaşı, 1994-cü il təvəllüdlü Sadıqov Əliabad Alxas oğlu, Biləsuvar rayonunun Ağalıkənd sakinləri, 1957-ci il təvəllüdlü Əbilov Şəmo İbadulla oğlu və 1995-ci il təvəllüdlü Həsənli Qiymət Mail oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Xəsarət alanlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir