İqtisadiyyat

Mikayıl Cabbarov Rövşən Nəcəflə birgə Türkmənistan Nazirlər Kabinetinin sədr müavini ilə görüşdü – FOTO

Sharing is caring!


“Türkmənistana işgüzar səfərimiz çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə bu ölkənin Nazirlər Kabinetinin sədr müavini Batır Amanov və həmkarları ilə görüşdə ölkələrimizin energetika sahəsində tərəfdaşlığının gündəliyində olan məsələləri müzakirə etdik”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkə platformasındakı paylaşımında bildirib.

“Enerji mübadiləsi üzrə əməkdaşlığın mövcud vəziyyəti, “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı və Türkmənistan yataqlarında SOCAR-ın iştirak imkanları müzakirə edildi”, – deyə Mikayıl Cabbarov qeyd edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir