Müsahibə

“Qəbələ”nin prezidenti: “Macarıstan çempionatının səviyyəsini nəzərə alsaq, işimiz çox çətindir” – MÜSAHİBƏ

Sharing is caring!

“Qəbələ”nin prezidenti Fariz Nəcəfov jurnalistlərə müsahibə verib.

Oxu.Az həmin müsahibəni təqdim edir:

– Avropa Konfrans Liqasının II təsnifat mərhələsində “Fehervar”la qarşılaşacaqsınız. İlk olaraq püşkü dəyərləndirərdiniz…

– Ümumiyyətlə, beş potensial rəqib müəyyənləşəndən sonra hansı komandanın düşməyinin elə bir fərqi yox idi. Hər biri güclü komanda idi. “Fehervar” isə çox köklü və kifayət qədər təcrübəli komandadır. Macarıstan çempionatının səviyyəsini nəzərə alsaq, işimiz çox çətindir. Onu da qeyd edə bilərəm ki, heyətlərində yüksək keyfiyyətə malik oyunçular var. Ancaq bütün bunlara baxmayaraq, mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik.

– Yeni mövsümün startı öncəsi klubda ab-hava necədir?

– Təlim-məşq toplanışı yeni başlayıb, komanda hələ tam komplektləşməyib. Yəqin ki, bu suala cavab verməyimiz oyun öncəsi daha məntiqli olar. Onda biləcəyik ki, komanda hansı vəziyyətdədir. Sözsüz ki, bu barədə açıqlamanı da baş məşqçi verəcək.

– Bəzi mövqelərdə oyunçu qıtlığı var. Yeni transferlər gözlənilirmi?

– Bəzi çatışmazlıqlar var. Yəqin ki, iki futbolçu transfer edəcəyik. Bunun üzərində iş gedir. Namizədlər var, amma hələ dəqiqləşən transfer yoxdur.

– Yay pəncərəsini iki transferlə yekunlaşdıracaqsınız?

– Çox güman ki, bəli. İspaniyalı yarımmüdafiəçi Fernan Lopes ailə vəziyyəti ilə əlaqədar komandaya qayıtmayacaq, özü qalmaq istəmədi. Monteneqrolu yarımmüdafiəçi Stefan Vukçeviçin də klubla müqaviləsi başa çatıb. Heyətin özəyini tam qorumağa çalışdıq. Bizdən asılı olmayan səbəbdən iki futbolçu getdi. İnşallah, yerlərini daha yaxşıları ilə dolduracağıq.

– Sponsor məsələsi nə yerdədir? AFFA-dan yenə dəstək olacaq?

– Çox güman ki, büdcəmizin böyük hissəsi yəqin ki, yenə AFFA tərəfindən təşkil olunacaq. Amma yenə də bəzi işlərimizi görəcək müəyyən sponsorlarla danışıqlar aparırıq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir