Cəmiyyət

Bakıda tarixi abidəni kim zibilxanaya çevirib? – AÇIQLAMA

Sharing is caring!

Bakıda tarixi abidəni zibilxanaya çeviriblər.

Oxu.Az xəbər verir ki, söhbət Kürdəxanıda, Qoçu Məşədi Adil küçəsində yerləşən tarixi hamamdan gedir. 

Belə ki, ətrafda yaşayan sakinlər 17-ci əsrə aid olduğu deyilən Hacı Zeynal hamamının qapısının ağzına məişət tullantıları atırlar.

Məsələ ilə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə sorğu ünvanladıq. Sorğumuza cavab olaraq qurumun mətbuat xidmətinin rəhbəri Fariz Hüseynli bildirib ki, bu gün sözügedən hamamın ərazisi tullantılardan təmizlənib:

“Tarixi hamam yaşayış evlərinin arasındadır. Bu səbəbdən ətrafda yaşayan sakinlərin bəziləri əraziyə məişət tullantıları atırlar. Bu gün abidə mühafizəçisi və aidiyyəti üzrə rayonun kommunal təsərrüfat xidmətinin əməkdaşları ilə birlikdə təmizlənib”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir