Müsahibə

Konstantin Bondarenko: “Rusiya Cənubi Qafqazda əsas oyunçu olmaması ilə barışa bilmir” – MÜSAHİBƏ

Sharing is caring!

Son günlər rusiyalı ekspertlər tərəfindən Azərbaycana qarşı çox sərt bəyanatlar səsləndirilir. Çoxsaylı Sivkovlar, Aleksandrovlar, Zatulinlər və başqaları Azərbaycanla “məşğul olacaqlarına” söz veriblər, Bakını bombalamağa çağırıblar və s. Eyni zamanda, Rusiya 10 aydır müharibənin davam etdiyi Ukraynada batıb qalıb. Ukrayna böhranını həll etməmiş Rusiyanın “danışan baş”ları digər qonşu dövlətlərlə münasibətləri gərginləşdirirlər. Niyə?

Oxu.Az bu barədə ukraynalı politoloq, tarixçi, Ukrayna Siyasət Fondunun rəhbəri Konstantin Bondarenko ilə söhbət edib:

– Rusiya elitasının heysiyyəti “sındırılıb”. Onlar imperiya, mərkəz olmağa öyrəşiblər. Müvafiq olaraq, imperiyanın tərkibində olmuş bütün ölkələr, torpaqlar Rusiya Federasiyasında müvəqqəti itirilmiş, qeyri-qanuni özgəninkiləşdirilmiş kimi qəbul edilir. Aydındır ki, onlar bu dövlətlərdə vəziyyətə yenə də təsir göstərməyə çalışırlar və bu zaman suverenliyi, hər kəsin öz maraqları, öz xarici və daxili siyasəti, müttəfiqləri və dostları olduğunu nəzərə almırlar.

Azərbaycana münasibətə gəlincə, ruslar bu gün Qafqazda gedən oyunda Rusiyanın əsas deyil, oyunçulardan biri olması, Azərbaycanın isə RF-nin deyil, Türkiyənin daha yaxın müttəfiqi olmasını qəbul edə bilmirlər. Bu vəziyyətdə daha bir məqam var. Rusiya Ermənistan qarşısında müttəfiqlik öhdəliklərini tam yerinə yetirə bilməyib, indi də davadan sonra havada yumruqlarını yelləməyə çalışır.

– Sizcə, belə çıxışlar dövlət xəttidirmi?

– Rusiya və onun kimi bir çox başqa dövlətlərdə təsadüfi bəyanatlar olmur. Belə bəyanatlar vermək üçün meydan lazımdır. Rusiya Federasiyasındakı KİV isə əslində, vahid informasiya sisteminin bir hissəsidir.

– Yeri gəlmişkən, qalmaqallı bəyanatların müəlliflərindən biri – Mixail Aleksandrov da Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundan qovuldu

– Bu, nadir haldır. Bəzən insanlar (məsələn, Mixail Aleksandrov – red.) şərti çərçivədən kənara çıxır və hədlərini aşırlar.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir