Müharibə

Anar Eyvazov: “Laçın şəhəri, Zabux və Susdakı hərbçilərin məişət şəraiti yüksək səviyyəyə çatdırılacaq”

Sharing is caring!

“Azərbaycan Ordusunun maddi-texniki təminat bölmələri tərəfindən hazırda nəzarətə götürülmüş ərazilərdə: Laçın şəhəri, Zabux və Sus yaşayış məntəqələrində dislokasiya olunan bölmələrin hərbi qulluqçularının məişət şəraitinin yaxşılaşdırılması istiqamətində fəaliyyətlər həyata keçirilir”.

“Report”un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bu fikirləri Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov deyib.

“Biz əminik ki, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində digər azad olunmuş ərazilərdə olduğu kimi, bu ərazilərdə də qısa müddət ərzində hərbi qulluqçularımızın sosial məişət şəraiti yüksək səviyyəyə çatdırılacaq”, – MN rəsmisi qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir