Cəmiyyət

ERMƏNİLƏR AĞILLARINI BAŞLARINA YIĞMALIDIRLAR

Sharing is caring!


Ermənipərəst dairələr və ölkələr Azərbaycana qarşı reallığı əks etdirməyən qətnamə qəbul etdirməyə çalışırdılar. Müharibə dövründə bəzi ölkələr, BMT Təhlükəsizlik Şurasının üzvləri BMT Təhlükəsizlik Şurasında bizim əleyhimizə bəzi təşəbbüslər irəli sürmüşdülər və o təşəbbüslərin çox mənfi fəsadları ola bilərdi. Bu, bir daha Azərbaycana qarşı ədalətsizliyin növbəti təzahürü idi. Çünki biz öz torpağımızda vuruşurduq, öz ərazi bütövlüyümüzü bərpa edirdik.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri dinc sakinlərimizi ağır artilleriya atəşinə tutaraq Azərbaycana qarşı irimiqyaslı hərbi təcavüzə başladı. Nəticədə Azərbaycan öz vətəndaşlarını qorumaq üçün əks-hücum əməliyyatına başlamaq məcburiyyətində qaldı. Bu qanlı savaşda yüzlərlə igid qəhrəmancasına şəhid oldu və yaralandı. 44 gündən sonra isə Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun dəyanəti ilə Şanlı Qələbə qazandıq. Beləliklə, respublikamız BMT Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüququn norma və prinsiplərini icra edərək, tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan xalqı tarixi ədaləti məhz özü bərpa etdi. Kimsəni əzmədi, kimsəni tapdamadı, kimsəni incitmədi. Burada yalnız əzilən düşmənin mənfur başı oldu.Beləliklə, rəsmi İrəvanın işğalçı siyasətinə Azərbaycan tərəfindən əbədi son qoyuldu. Təbii ki, Azərbaycanımızın bu ədalətli zəfərini həzm etməyənlər də oldu. Amma cənab Prezidentin dediyi kimi, Azərbaycan haqq yolundaydı bu 44 günlük müharibədə. Məhz haqq yolu bizi zəfərə apardı. Həmin zəfər ki, buna qədər guya dünyanın ən mötəbər təşkilatlarının qətnamələri vardı. Guya həmin qətnamələrdə Ermənistan Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmalıydı. Amma bu qətnamələr 27 il kağız üzərində qaldı. Məhz bu səbəbdən Azərbaycan özü öz taleyini həll etdi. Nəinki işğalçı Ermənistan ordusu darmadağın edildi, həmçinin Ermənistanda yarıtmaz hakimiyyətə sarsıdıcı zərbə dəydi.Bu gün Ermənistanın süqutu ilə barışmayan dövlətlər çoxdur. Amma onlar kimə havadarlıq etdiklərini unutmasınlar. Ermənistan Azərbaycan torpaqlarını işğal edən, bir milyondan çox azərbaycanlını doğma torpaqlarından didərgin salan, 1992-ci ildə Xocalı soyqırımını törədərək, qadınlar və uşaqlar da daxil olmaqla 613 nəfər günahsız dinc sakini qətlə yetirən, minlərlə sakinimizi məhv edən əli qanlı cəlladdır. Bu gün Ermənistan Azərbaycan Ordusu tərəfindən tamamilə darmadağın olunub. Bu gün Ermənistan dünyanın üz qarası, rəzalətidir. 2020-ci il noyabrın 10-da Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etməyimiz bir daha düşmənin başının əzilməsinin bariz nümunəsidir. Ermənistanın inkişafı üçün yeganə yol öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkməkdir. Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur, Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur. Dağlıq Qarabağ münaqişəsi həll olunub, Ermənistan da bunu belə qəbul etməlidir. Biz qalib ölkəyik. Ermənistanı məhv etmişik. Ermənistan tam dərk etməlidir ki, biz istənilən hərbi vəzifəni icra edə bilərik və heç kim bizi dayandıra bilməz. Bu gün Ermənistan müstəqil dövlət sayıla bilməz. Düşmənçilik Ermənistana çox baha başa gəldi. 30 il ərzində Ermənistanda müstəqil dövlət qura bilmədilər və indi onlar xarici dairələrdən və xarici hərbi yardımdan tam asılıdır. Xaricdən gələn siyasi sifarişlərdən tam asılıdır. Düşmənçilik və Azərbaycan xalqına nifrət Ermənistanı bu günə saldı və ədalət özünü göstərdi. Danışıqlar nəticəsiz qalmışdır və sülh yolu ilə münaqişənin həlli mümkünsüz olmuşdur. Ermənistanın danışıqlar prosesində sərgilədiyi riyakar mövqe vasitəçiləri də artıq bezdirmişdi. Çünki Ermənistan və onun rəhbərliyi beynəlxalq vasitəçiləri də aldatmağa çalışırdı. Elə şərtlər qoyurdu ki, bəri başdan hər kəs bilirdi, bu şərtlər qəbuledilməzdir. Biz heç vaxt imkan verə bilmərik ki, bizim tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın. Birinci erməni dövləti bizim tarixi torpağımızda yaradılıb. Bunu indi bütün dünya bilir, tarixçilər bilir.Bu gün istər xarici, istər yerli media nümayəndələri, diasporlar işğaldan azad olunmuş ərazilərimizə gedərkən erməni faşizminin şahidi olurlar. İşğal dövründə Azərbaycanın bütün şəhər və kəndləri yerlə-yeksan edilib. Xarici mütəxəssislər Ağdam şəhərini “Qafqazın Hirosiması” adlandırır. Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoyub, təhqir və qarət edib. Bu tikililərin içində təkcə 60-dan çox məscid var. Məscidlərdə inək və donuzlar saxlanılıb. Belə bir iyrənc siyasətə malik olan Ermənistan unutmamalıdır ki, “Dəmir yumruq” bu gün də əzilən başının üzərində hazır dayanıb.

Kərimov Rövşən, Vətən müharibəsi iştirakçısı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir