Müharibə

Azad edilmiş ərazilərdə ötən həftə tapılan minaların sayı AÇIQLANDI – FOTO

Sharing is caring!

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı mayın 2-dən 7-dək aşkarlanan minaların sayını açıqlayıb.

Agentlikdən verilən məlumata görə, Tərtər, Ağdam, Füzuli, Şuşa, Xocavənd, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 97, tank əleyhinə 35 mina və 86 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 344 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir