Müharibə

Azərbaycanda ay ərzində minalardan zərərçəkənlər arasında iki uşaq da var – HESABAT

Sharing is caring!

2022-ci ilin aprel ayında doqquz hadisə nəticəsində 10 nəfər minalardan və partlamamış hərbi sursatlardan zərər çəkib.

Bu barədə Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.

Nəticədə bir mülki şəxs piyada əleyhinə minanın partlamasından həlak olub. İkisi uşaq olmaqla altı mülki şəxs və üç hərbçi isə piyada əleyhinə mina və partlamamış hərbi sursatların partlamasından yaralanıb:

“2022-ci ilin aprel ayında minalar və partlamamış hərbi sursatlarla bağlı hadisələr Tərtər, Zəngilan, Ağdam, Qubadlı, Kəlbəcər, Qazax, Laçın rayonlarının və Gəncə şəhərinin ərazisində baş verib.

Ümumilikdə 2022-ci ilin ilk dörd ayında 18 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb ki, bunlardan da iki nəfəri həlak olub”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir