Müharibə

Qafan aeroportu və Qafan-Gorus yolu hərbçilərimizin nəzarətindədir – Video

Sharing is caring!

Yanvarın 6-da Dövlət Sərhəd Xidməti Zəngilanın işğaldan azad edilmiş bölgələrinə media-tur təşkil edib.

XəbərAl.az xəbər verir ki, jurnalistlər Zəngilanın Ağkənd və Qazançı məntəqələrində olublar.

Ağkənd və Qazançı məntəqələri Azərbaycan-Ermənistan dövlət sərhədində yerləşir.

Ermənistanın Qafan aeroportu Ağkənd, Qafan-Gorus avtomobil yolu isə Qazançı döyüş məntəqəsinin vizual nəzarətindədir.

Sərhədçilərin xidmət şəraiti ilə tanışlıqdan sonra Ermənistan Silahlı Qüvvələrinin Zəngilanda qurduqları və Azərbaycan Ordusu tərəfindən darmadağın edilmiş istehkam xətlərinə baş çəkilib.

Qeyd olunub ki, Azərbaycan Ordusunun hücumu nəticəsində istehkamlar qısa müddətdə yarılaraq, düşmənin müqaviməti sındırılıb. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir