Müharibə

Sergey Lavrov: “Nikol Paşinyanın bəyanatlarında məntiq görmədim”

Sharing is caring!


“Ermənistandan keçməklə Azərbaycanla Naxçıvanı birləşdirən marşrutun bərpasının alternativi yoxdur”.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov 2023-cü ildə ölkə diplomatiyasının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

XİN rəhbərinin sözlərinə görə, o, Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatlarında məntiq görməyib.

“Ermənistanın baş naziri Paşinyan çıxışında Zəngəzur dəhlizinin qəti əleyhinə olduğunu bildirib. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Üçtərəfli Bəyanatında (10 noyabr 2020-ci il) bildirilir ki, regionda bütün kommunikasiyalar açılmalıdır. Ermənistan tərəfi isə Azərbaycanla Naxçıvan arasında kommunikasiyanın açılmasını öhdəsinə götürüb və razılaşmaya əsasən, nəqliyyat əlaqələrinin təhlükəsizliyini Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) sərhəd qoşunları təmin etməlidir.

Açığı, Ermənistan ərazisindən tranzit üçün Paşinyanın Azərbaycandan Naxçıvana İran ərazisindən tranzit üçün istifadə olunacaq eyni şərtləri istəməsi ilə bağlı dediyində mən heç bir məntiq görmədim. Bu marşrutları müqayisə etmək yersizdir”, –  deyə o bildirib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir