Dünya

Pakistanda iranyönümlü terrorçular saxlanıldılar – FOTO

Sharing is caring!


Pakistanın Kəşfiyyat Xidməti ölkənin Ravalpindi, İslamabad və Mandi Bəhaəddin şəhərlərində İrana bağlı 4 terrorçunun həbs edildiyini bildirib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxslər Pakistan Sünni Alimlər Şurasının baş katibinin müavini Məsud Əbdülrəhman Osmaninin qətlində günahlandırılırlar.

İslamabad Polis İdarəsindən bildirilib ki, həbs olunanlar İranın dəstəklədiyi Pakistanın İmamiyyə Tələbələr Təşkilatının üzvləri olublar.

Qeyd olunur ki, Məsud Əbdülrəhman Osmani yanvarın 5-də İslamabad şəhərində iki motosikletçi tərəfindən güllələnərək öldürülüb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir