Müharibə

Polkovnik: “Əvvəlki təlimlərlə müqayisədə daha çox artilleriya vasitələri və zirehli texnika cəlb olunub”

Sharing is caring!


“Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələri arasında təlim ildə iki dəfə keçirilir. May ayında Türkiyədə, oktyabrda isə Azərbaycanda reallaşdı”.

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında polkovnik Ramil Həsənov deyib.

Onun sözlərinə görə, bu dəfə təlim iqlim və ərazi relyefi nəzərə alınmaqla (dağlıq, meşəlik və s.) yeddi bölgədə keçirilir:

“Bugünkü təlimdə də qoyulmuş bütün məqsədlərə nail olunub. Əvvəlki təlimlərlə müqayisədə daha çox artilleriya vasitələri və digər zirehli texnikalar cəlb olunub. Burada, ssenariyə əsasən, digər bölgələrdən onlayn qoşularaq təlimin gedişatı izlənilir. Əlavə olaraq, bölgədə olan mülki əhalinin qorunması, bölgədə olan faktiki duruma görə dərhal qərar qəbul edilərək, onun qərargaha ötürülməsi, informasiyanın qəbul edilərək qiymətləndirilməsi və aidiyyəti üzrə tədbirlərin görülməsi icra olunur”.

Qeyd edək ki, “Mustafa Kamal Atatürk-2023” birgə taktiki təliminə 3 000-dək şəxsi heyət üzvü cəlb olunub.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir