Cəmiyyət

Biləsuvarda su kəmərində qəza olub, şəhərə suyun verilişi dayandırılıb

Sharing is caring!

Biləsuvar rayonunda su boru kəmərində qəza baş verib, şəhərin su təchizatında problemlər yaranıb.

“Report”un Muğan bürosu xəbər verir ki, qəza ilə əlaqədar olaraq şəhər ərazisində suyun verilişi dayandırılıb.

“Azərsu” ASC-nin Biləsuvar Rayon Su Kanal İdarəsindən bildirilib ki, şəhərin su təchizatında müvəqqəti fasilə yaranıb.

Qeyd olunub ki, buna səbəb şəhəri içməli su ilə təchiz edən mərkəzi boru kəmərində qəzanın baş verməsidir:

“Nəticədə şəhərin su təsərrüfatında saat 13:00-dan saat 21:00-dək müvəqqəti fasilə yaranıb. Hazırda qəzanın aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçirilir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir