Cəmiyyət

Bakıda piyada səkisi dağıdılıb parklanma yeri edilir – FOTO

Sharing is caring!


Bakı şəhəri, Nizami rayonunda piyada səkisi parklanma yerinə çevrilir.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Belə ki, ərazidə yeni tikili inşa olunub. Nəticədə obyektin qarşısında piyada səkisi dağıdılıb və avtomobillər üçün parklanma yeri yaradılır.

Nizami Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, rayonun Babək prospekti, 109A ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyətdədir:

“Sözügedən ünvanda yerləşən qeyri-yaşayış sahəsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin müvafiq icazəverici sənədləri əsasında inşa edilib.

Bildiririk ki, Babək prospekti, 109A ünvanında yerləşən tikilinin inşası aidiyyəti qurumlar tərəfindən razılaşdırılıb. Memarlıq-planlaşdırma həlli layihəsinə uyğun olaraq, binanın qarşısında piyadaların hərəkəti üçün səkinin və avtomobillər üçün parklanma yerinin quraşdırılması işləri aparılır”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir