Cəmiyyət

Goranboyda külək fəsadlar törədib – FOTO

Sharing is caring!


Goranboy rayonunda güclü külək bəzi fəsadlar yaradıb.

“Report”un Qərb bürosunun məlumatına görə, güclü külək səbəbindən gecə saatlarında rayonun bir neçə ərazisində irigövdəli ağaclar aşıb.

Nəticədə bəzi küçə işıqlandırıcıları sınıb. Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissələrində metal arakəsmələrə də zərər dəyib.

Qeyd edək ki, bölgədə küləkli hava şəraiti davam edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir