Dünya

Kreml Rusiya ordusunun Xersondan çıxarılmasına münasibət bildirdi

Sharing is caring!

“Kreml Rusiya qoşunlarının Xersondan çıxarılmasını, eləcə də qoşunların Dnepr çayının sol sahilinə köçürülməsini alçaldıcı hesab etmir”.

Belə bir bəyanatla Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib.

Peskov qeyd edib ki, Kreml analitiklərin fikirlərini şərh etmək niyyətində deyil. Belə ki, bəzi analitiklər qoşunların Dnepr çayının sol sahilinə köçürülməsini mənfi qiymətləndiriblər.

“Qulaq asın, çoxlu müxtəlif ekspertlər var. Sizin dediyiniz kimi deyən ekspertlər də var, başqa cür danışan ekspertlər də var, lakin biz indi onların heç birinə şərh vermək istəyində deyilik”, – deyə Kreml sözçüsü qeyd edib.

Peskov həmçinin Xerson istiqamətində vəziyyətlə bağlı sualları Rusiya Müdafiə Nazirliyinə ünvanlanmağı tövsiyə edib.

Mənbə: “Komsomolskaya pravda”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir