Cəmiyyət

Bakıda manatlıq taksilərin “qovma şousu” faciə ilə nəticələndi – Ölənlər var

Sharing is caring!


Bu gün səhər saatlarında Bakıda ağır avtomobil qəzası baş verib.

Hadisə şahidlərinin “Trend”ə verdiyi xəbərə görə, qəza Sabunçu rayonu Pirşağı-Məmmədli yolunda qeyd alınıb.

Məlumatda bildirilir ki, manatlıq taksilərin sərnişin götürmək üçün “qovma şousu” onlardan birinin qarşı yola çıxması ilə nəticələnib. Nəticədə manatlıq taksi ilə qarşıdan gələn avtomobil bir-birinə çırpılıb.

Şahidlərin dediyinə görə, qəza zamanı iki nəfər hadisə yerində dünyasını dəyişib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir