Dünya

Azərbaycan xilasediciləri Qazaxıstanda təlimlərə qatılıblar

Sharing is caring!


Qazaxıstanda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin iştirakı ilə ikigünlük “Jer-2023” seysmik təlimi başlayıb.

Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

“Ölkədə zəlzələ zamanı həyata keçirilməli olan tədbirlərlə bağlı genişmiqyaslı təlim başlayıb. “Jer-2023” respublika komanda-qərargah təlimində Qazaxıstanın mülki müdafiə xidmətləri ilə yanaşı, TDT ölkələri olan Azərbaycan, Qırğızıstan, Türkiyə və Özbəkistanın, eləcə də qurumda müşahidəçi üzv olan Macarıstanın Fövqəladə Hallar nazirliklərinin xilasetmə xidmətləri də iştirak edir”, – deyə bildirilib.

Təlimin əsas məqsədi əhalinin hazırlanması və maarifləndirilməsi, ümumi təhlükəsizlik mədəniyyətinin aşılanması, o cümlədən mülki müdafiə qüvvələrinin zəlzələlər zamanı ediləcək hərəkətlərə hazırlıq səviyyəsinin artırılmasıdır.

Zəlzələ bölgəsi hesab olunan regionlarda – Almatı, Çimkənd, Abay və Jetısu vilayətləri, Almatı, Şərqi Qazaxıstan, Cambul, Qızılorda və Türküstan vilayətlərində təlimlər saat 10-dan 11-ə qədər keçiriləcək. Xilasetmə xidmətlərinin birgə hərəkətlərinin işlənib-hazırlanması və əlaqələndirilməsi üzrə respublika qərargahı Almatıda yerləşdirilib.

Departamentdən bildiriblər ki, seysmik təlimlər zamanı sakinlər dağıdıcı zəlzələlər zamanı davranış qaydalarını öyrənəcək və praktiki olaraq bəzi elementləri, məsələn, təhlükəsiz yerlərin müəyyən edilməsi, zərərçəkmiş əhalinin qəbul məntəqələrində toplanması və s. yerinə yetirəcəklər.

Mənbə: Sputnik Qazaxıstan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir