Cəmiyyət

Bakalavriat səviyyəsinin informasiya təhlükəsizliyi üzrə yeni təhsil proqramı hazırlanıb

Sharing is caring!


“Bakalavriat səviyyəsinin informasiya təhlükəsizliyi ixtisası üzrə müasir tələblərə uyğun yeni təhsil proqramı hazırlanıb”. 

Oxu.Az xəbər verir ki, bu barədə 26-27 oktyabrda keçiriləcək “Critical Infrastructure Defence Challenge 2023” tədbiri ilə bağlı brifinqdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevin tədbir iştirakçılarına müraciətində qeyd edilib. 

Qeyd edilib ki, yeni proqram Elm və Təhsil Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşəbbüsü ilə ölkənin aparıcı ali təhsil müəssisələrinin və müxtəlif dövlət qurumlarının nümayəndələri ilə yanaşı, dünyanın nüfuzlu universitet və şirkətlərində çalışan azərbaycanlı mütəxəssislər tərəfindən Türkiyə, Almaniya, İsveçrə, ABŞ kimi inkişaf etmiş ölkələrin təcrübəsinə əsasən hazırlanıb: 

“Azərbaycanda ilk dəfə kritik informasiya sistemlərində kiberhücumlardan müdafiə qabiliyyətinin və böhran vəziyyətlərində informasiya sistemlərinin idarəedilməsinin inkişaf etdirilməsi məqsədilə keçirilən “CIDC-2023” tədbiri də xüsusi əhəmiyyətə malikdir. Kibertəhlükəsizlik üzrə yerli mütəxəssislərin bir araya toplanması, fikir mübadiləsinin aparılması, özəl və dövlət sektorları arasında əlaqələrin qurulması və bu tip tədbirlərin mütəmadi olaraq keçirilməsi milli kibertəhlükəsizlik ekosisteminin formalaşdırılmasında xüsusi rol oynayır”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir