Müharibə

Üç il öncə: Cəbhənin üç istiqamətində azad edilən kəndlər və qəsəbə – SİYAHI + FOTO/VİDEO

Sharing is caring!


Bu gün Azərbaycan ordusunun bir neçə ərazini işğaldan azad etməsindən üç il keçir.

Oxu.Az xatırladır ki, 2020-ci ilin 22 oktyabrında cəbhənin üç istiqamətində uğurlar qazanılıb.

Azərbaycan hərbçiləri Füzulinin Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli kəndlərini, Cəbrayılın isə Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndlərini işğaldan azad ediblər. 

Zəngilana gəlincə, Kolluqışlaq, Malatkeşin, Zəngilan (kənd), Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi işğaldan azad olunub.

Qeyd edək ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev qələbə xəbərlərini tvit ataraq xalqa çatdırıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir