Müharibə

“Eternity-2023” kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir – FOTO

Sharing is caring!


Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində Azərbaycan, Türkiyə və Gürcüstanın hərbi qulluqçularının iştirakı ilə “Eternity-2023” kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Nəzəri və praktiki hissədən ibarət olan, üç ölkənin hərbi qulluqçularının və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin cəlb olunduğu təlimdə strateji əhəmiyyətli, eləcə də regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqlar icra ediləcək.
Oktyabrın 6-dək davam edəcək təlimdə əsas məqsəd hər üç ölkənin silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və uzlaşmanın təmin edilməsidir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir