Müsahibə

“Mister Azerbaijan 2022”nin mühəndis qalibi: “Bir şəklə görə insanı qiymətləndirmək düzgün deyil” – VİDEO

Sharing is caring!

Ötən gün “Miss and Mister Azerbaijan 2022” gözəllik müsabiqəsi keçirilib. Sözügedən yarışmanın qalibi model İsa Ələkbərov olub.

O, qalibiyyət sevincini Bizim.Media ilə bölüşüb.

Rəqabətin güclü olduğu yarışda İsa 500 modelin içindən seçilərək, birincilik əldə edib:

“Bir şəklə görə insanı qiymətləndirmək düzgün deyil. Bu yarışda 500 iştirakçının arasında seçimlər oldu. Rəqiblərim də güclü idi. Heç kim qalib gələcəyini öncədən bilmirdi. Amma mənim ümidlərim və hədəfim birincilik qazanmaq yönündə idi. İstəyimə də nail oldum”.

İ.Ələkbərov bildirib ki, modelliklə yanaşı, yerli şirkətlərin birində mühəndis vəzifəsində çalışır.

“Miss and Mister Azerbaijan 2022”nin qalibi İ.Ələkbərovun müsahibəsini təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir