Şou-Biznes

“Yalı çapkını”nın Feriti qalın qaşları haqqında görün nələr danışdı?

Sharing is caring!

 “ Yalı çapkını” serialının baş qəhrəmanı Ferit rolunu canlandıran aktyor Mert Demir Ramazan son günlər xanımların marağını ən çox çəkən aktyorlardandır.

 Lent.az-ın xəbərinə görə,  aktyorun yaraşıqlı simasına xüsusi şarm qatan qalın qaşları ona maraqlı sualların ünvanlanmasına səbəb olub. “Qaş əkdirmisənmi?”, “Qaşlarını aldınmı?” şəklində gələn sualları yaraşıqlı aktyor belə cavablandırıb.

“Kimdə bu qalınlıqda qaş olsa, ətrafına mütləq əl gəzdirər, incəldərdi. Siz məni məktəb illərində görəydiniz. Qaşlarım alnımın yarısını tutmuşdu. Bir gün qaşımı incəltmək istəyərkən üzqırxan  maşınla istəmədən yarısını qırxdım. Atilla xan kimi yarımqaş qalmışdım. Aman  Allahım, zaman keçib, qaşlarım bitmir. O nifrət etdiyim qaşlarım geri gəlsin deyə, Allaha çox dua etdim. Nifrət edirdim qaşlarıma. Çox lağ ediblər onlara görə. “Vaxt gələcək, qaşlarıma görə seviləcəksən” desəydilər, inanmazdım. İndi özüm də onları sevirəm”,- deyə aktyor qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir