Müharibə

Millət vəkili: “Artıq Qarabağ torpaqlarında separatçıların kökünü kəsdik” – FOTO

Sharing is caring!


“Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ iqtisadi zonasında keçirdiyi lokal xarakterli antiterror tədbirləri öz bəhrəsini verdi”.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı, professor Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, Ermənistan artıq üç ildir ki, 2020-ci il 10 noyabr tarixində imzalanan Üçtərəfli Bəyanatın tələblərini yerinə yetirmirdi:

“Həmin Bəyanatın dördüncü bəndinə uyğun olaraq Ermənistan ordusu və Qarabağdakı separatçı rejimin yaratdığı silahlı dəstələr Qarabağı tərk etməli idilər. Lakin artıq üç olur ki, Ermənistan öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır. Ermənistan bölgədə hərbi təxribatlar törətməyə davam etdi. Ali Baş Komandanımız, Prezident İlham Əliyev dəfələrlə Ermənistan rəhbərliyinə və separatçılara silahı yerə qoymaları barədə xəbərdarlıq etmişdi. Nəhayət Azərbaycan öz hüququndan istifadə edərək qanunsuz hərbi birləşmələrə qarşı lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Ermənistanın separatçı silahlı dəstələri Azərbaycan Silahlı Qüvvələri qarşısında heç 24 saat belə tab gətirə bilmədilər. Çarəsiz qalıb ağ bayraq qaldırdılar.

Azərbaycan dövlətinin irəli sürdüyü şərtləri qəbul edərək, tərk-silah oldular. Bu, Ali Baş Komandanın, xalqımızın və Ordumuzun tarixi qələbəsidir”.

“Artıq Qarabağ torpaqlarında separatçıların kökünü kəsdik. Ali Baş Komandan başda olmaqla hər birimizi təbrik edirəm. Bu tarixi qələbə bütün dünyaya Prezident İlham Əliyevin siyasətinin gücünü, Ordumuzun və xalqımızın mərdliyini bir daha faktlarla sübut etdi”, – deyə millət vəkili qeyd edib.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir