Müharibə

İqor Korotçenko: “Qarabağ indi tamamilə Azərbaycanın nəzarəti altındadır”

Sharing is caring!


“Uzun müddətdir davam edən qanlı münaqişəyə son nöqtə qoyulub. Qarabağ Azərbaycanın tam nəzarətinə keçir, ermənilərin qanunsuz silahlı dəstələri, Ermənistan ordusunun hərbi birləşmələri Rusiya sülhməramlı kontingentinin vasitəçiliyi ilə əldə edilmiş razılaşmalara uyğun olaraq Qarabağı tərk edir və tərk-silah olunur”.

“Report”un məlumatına görə, bunu Rusiyanın “Nasionalnaya Oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko deyib.

Politoloq bildirib ki, müasir dövrdə tarixi an yaşanır:

“Biz möhtəşəm hadisənin şahidi oluruq. Yəqin müasir dövrdə ilk dəfədir ki, əraziləri işğal olunmuş ölkə qələbə qazanıb, oraya qayıdıb və bərpa edib. Ən əsası, bundan sonra keçmişə dönüş olmayacaq”.

İ.Korotçenko Prezident İlham Əliyevi görkəmli siyasətçi adlandırıb:

“Məhz onun şəxsi keyfiyyətləri, strateji düşüncəsi və dəmir iradəsi sayəsində Azərbaycan dövləti zəfər qazanıb”.

Ekspert, həmçinin Azərbaycan ilə Rusiya arasında sıx, yaxşı münasibətlərin və əməkdaşlığın davam edəcəyinə, möhkəmlənəcəyinə ümid bəslədiyini, buna əmin olduğunu ifadə edib.

O əlavə edib ki, iki ölkə arasında münasibətlərin əsasını xalqların, prezidentlərin uzunmüddətli dostluğu və təbii ki, Azərbaycanla Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə təşkil edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir