Cəmiyyət

Şuşada BMT və ANAMA-nın təşkilatçılığı ilə minatəmizləmə üzrə beynəlxalq konfrans keçirilir – FOTO

Sharing is caring!

Şuşa şəhərində minatəmizləmə mövzusunda beynəlxalq konfrans başlayıb.

“Report” xəbər verir ki, tədbir Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə keçirilir.

Tədbir zamanı iştirakçılar minatəmizləmə sahəsində təcrübə mübadiləsi aparacaq, Azərbaycanda ilk qadın minatəmizləmə komandalarının yaradılması ilə gender inklüzivliyinin təşviq edilməsini, eləcə də QHT-lərin minatəmizləmə işinə potensial olaraq daha çox cəlb olunmasını müzakirə edəcəklər.

Bu layihənin strategiya və məlumatların idarə edilməsi sahələrində ANAMA-nın institusional potensialını gücləndirməyə və artırmağa imkan verəcəyi gözlənilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir