Müharibə

Ermənilərin Qarabağda 90-dan artıq döyüş mövqeyi nəzarətə götürülüb, xeyli sayda qənimət ələ keçirilib – RƏSMİ

Sharing is caring!


“Lokal xarakterli antiterror tədbirləri nəticəsində erməni silahlı birləşmələrinin texnikaları ələ keçirilib”.

Oxu.Az-ın məlumatına görə, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov keçirdiyi brifinqdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ermənilər pərakəndə şəkildə döyüş meydanını tərk edirlər:

“Onların Qarabağı könüllü halda tərk etməsi üçün şərait yaradılır”.

O əlavə edib ki, Ermənistan silahlı qüvvələrinə məxsus 90-dan artıq döyüş mövqeyi və strateji əhəmiyyətli mövqelər ordumuz tərəfindən nəzarətə götürülüb:

“Yeddi nəqliyyat, dörd minaatan, bir tank, iki piyada döyüş maşını da qənimət olaraq ələ keçirilib”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir