Dünya

Rusiyada robot it pulemyotla təchiz edilib – VİDEO

Sharing is caring!

Rusiyada “Unitree” robot iti döyüş əməliyyatlarında istifadəsinin öyrənilməsi məqsədilə pulemyotla təchiz edilib.

Bu barədə sosial şəbəkədə video paylaşılıb.

Kadrlarda atəş zamanı robotda müəyyən stabillik problemləri yarandığı görünür, ancaq atəşdən sonra o, tarazlığını bərpa etməyi bacarır.

Qeyd edək ki, robot patentləşdirilmiş simsiz vektor yerləşdirmə və idarəetmə texnologiyası kimi bəzi yüksək texnologiyalı xüsusiyyətlərə malikdir. O, “balıq gözü” stereokamera dəsti, hipersəs sensor dəsti və süni intellekt sayəsində insan sahibi ilə yanaşı gəzə bilir. Mobil telefondan istifadə ilə uzaqdan idarə edilə bilən “Unitree” həmçinin heyvanları tanıya bilir, bundan başqa, vizual parametrlərdən istifadə edərək öyrənmək bacarığına malikdir.

Mənbə: BuildingTECH

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir