Cəmiyyət

Tacikistan və Azərbaycan arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq sazişi imzalanıb

Sharing is caring!

Tacikistanın Dövlət Maliyyə Nəzarəti və Korrupsiyaya Qarşı Mübarizə Agentliyi ilə Azərbaycanın Baş Prokurorluğu arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Bu barədə Tacikistan agentliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, sənəd korrupsiyaya qarşı mübarizə, onun qarşısının alınması və ona qarşı mübarizə sahəsində əməkdaşlığın həyata keçirilməsi, saxlanılması və gücləndirilməsi məqsədilə imzalanıb.

Tacikistanın Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin rəhbəri Sulaymon Sultanzoda ilə Azərbaycanın Baş prokuroru Kamran Əliyev arasında keçirilən görüşdə tərəflər müvafiq orqanlar arasında qarşılıqlı faydalı əməkdaşlığın qurulmasının gələcəkdə iki ölkə arasında dostluq münasibətlərini daha da gücləndirəcəyinə və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə müsbət təsir edəcəyinə əminliklərini ifadə ediblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir