Müharibə

Ötən gecə Şuşa şəhəri iriçaplı silahlardan və minaatanlardan atəşə tutulub – RƏSMİ

Sharing is caring!


“Qanunsuz erməni silahlı birləşmələri yenə də əvvəlki dövrdə olduğu kimi, mülki şəxslərə qarşı terror cinayətlərini törətməkdə davam edirlər. Baş vermiş hər bir faktla bağlı cinayət işləri başlanmaqla istintaq aparılır”.

Oxu.Az-ın məlumatına görə, bunu brifinqdə Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov bildirib.

Onun sözlərinə görə, hazırkı şəraitdə prokurorluq əməkdaşları tərəfindən mümkün olan istintaq hərəkətləri aparılır:

“Dünən gecə boyu Şuşa şəhəri iriçaplı silahlardan və minaatanlardan atəşə tutulub. Atəş nəticəsində Şuşada işıq dirəkləri zədələnib və elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Mülki infrastruktur obyektlərinə dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir