Müharibə

Füzuli şəhərinə daha 24 ailə qayıdır

Sharing is caring!


Füzuli şəhərinə növbəti köç karvanı yola salınır.

Oxu.Az xəbər verir ki, bu gün Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park – 3” yaşayış massivindən 21 ailə (79 nəfər) Füzuli şəhərinə yola düşür.

Köç karvanına Mingəçevir şəhərindən bir ailə (beş nəfər), Füzuli rayonunun bir nömrəli Qayıdış qəsəbəsindən isə iki ailə (səkkiz nəfər) qoşulacaq. Ümumilikdə isə 24 ailə (92 nəfər) Füzuli şəhərinə yola salınacaq.

Qeyd edək ki, bugünkü köç də nəzərə alınmaqla Füzuli şəhərinə cəmi 119 ailə (441 nəfər) köçürülmüş olacaq.

Aytac Qasımova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir