Cəmiyyət

Füzuli sakini: “Cənnətimə qovuşmağa gedirəm”

Sharing is caring!


“Füzulidə cənnətimi itimişəm, cənnətimə qovuşmağa gedirəm”.

Bu sözləri Oxu.Az-a bu gün Füzuli şəhərinə köç edən keçmiş məcburi köçkün Abbas Mazan oğlu Əliyev deyib.

O bildirib ki, gəncliyini, xatirələrini qoyduğu Füzuli şəhərinə köçdüyü üçün çox xoşbəxtdir:

“Bu gün hamımız çox xoşbəxtik. Xoşbəxtik ki, məcburi köçkünlük həyatımız bu gün sona çatır. Cənnətimə qovuşmağa gedirəm, Vətənimə qovuşmağa gedirəm. Bu günü bizə bəxş etdiyinə görə ölkə başçısı İlham Əliyevə öz təşəkkürümü bildirirəm. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyirəm”.

Xatırladaq ki, bu gün Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-3” yaşayış massivindən 21 ailə (79 nəfər) Füzuli şəhərinə yola salınır.

Köç karvanına Mingəçevir şəhərindən bir ailə (beş nəfər), Füzuli rayonunun bir nömrəli Qayıdış qəsəbəsindən isə iki ailə (səkkiz nəfər) qoşulacaq. Ümumilikdə isə 24 ailə (92 nəfər) Füzuli şəhərinə yola salınacaq.

Qeyd edək ki, bugünkü köç də nəzərə alınmaqla Füzuli şəhərinə cəmi 119 ailə (441 nəfər) köçürülmüş olacaq.

Aytac Qasımova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir