Dünya

Almaniya xarici işlər naziri Putinin həbs olunması üçün yeni təklif irəli sürdü

Sharing is caring!


“Roma Əsasnaməsində islahatlar aparılmalıdır”.

Bu təkliflə Almaniya xarici işlər naziri Annalena Berbok çıxış edib.

Nazirin sözlərinə görə, hazırda beynəlxalq hüquqda boşluqlar mövcuddur ki, bunlar Rusiya liderlərinin təcavüzə və sülhün pozulmasına görə Beynəlxalq Cinayət Məhkəməsi (ICC) qarşısında məsuliyyətə cəlb olunmasını qeyri-mümkün edir.

Berlində diplomatik qurumların rəhbərlərinin iclasında çıxışı zamanı Almaniya rəsmisi qlobal beynəlxalq təşkilatlarda dərin islahatların aparılmasının tərəfdarı olduğunu bildirib. Onun sözlərinə görə, bu islahatların zəruriliyi Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlamasından sonra xüsusilə özünü göstərib.

“Düşünürəm ki, biz həlledici məqamdayıq və indi əvvəllər qeyri-mümkün kimi görünənin gerçəkləşdirilməsinə nail oluna bilər. Belə ki, təcavüz cinayətinin Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən mühakimə oluna bilməsi üçün Roma Statutunda islahatlar aparılmalıdır”, – deyə o vurğulayıb.

Annalena  Berbok həmçinin qeyd edib ki, təcavüz cinayəti cəzasız qalmamalıdır.

Xatırladaq ki, iyulun əvvəlində Almaniya xarici işlər naziri Annalena Berbok, eyni zamanda, Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibəyə başlamasına görə məsuliyyət daşıması üçün beynəlxalq hüquqda da islahatların aparılmasına çağırmışdı.

Mənbə: RBC-Ukrayna

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir