Cəmiyyət

Tariyel Qurbanov Mədət Quliyevin müşaviri oldu

Sharing is caring!


Bir müddət öncə fəaliyyətinə xitam verilmiş tanınmış prokuror Tariyel Qurbanova Müdafiə Sənayesi Nazirliyində vəzifə verilib.

Bu barədə “Qafqazinfo”ya onun vəkili Adəm Məmmədov məlumat verib.

Vəkil bildirib ki, Tariyel Qurbanov müdafiə sənayesi naziri Mədət Quliyevin müşaviri təyin olunub.

Qeyd edək ki, Tariyel Qurbanov daha əvvəl Qaradağ və Hacıqabul rayonlarının prokuroru olub. Baş Prokurorluqda idarə rəisinin müavini kimi çalışıb. Son olaraq Abşeron Rayon Prokurorluğunda işləyib.

Xatırladaq ki, Tariyel Qurbanovun 2023-cü il yanvarın 16-da öz arzusu ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

Xəbəri ilk olaraq heftelik.az saytı yayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir