Müharibə

İtkin düşmüş şəxslərlə bağlı 10 805 nəfərdən DNT analizi götürülüb

Sharing is caring!


“Bu günədək itkin düşmüş şəxslərdən təxminən 3 750 nəfərin 10 805 ailə üzvündən DNT analizi götürülüb”.

Bunu “Report”un sualına cavab olaraq Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov itkin düşmüş şəxslərlə bağlı brifinqdə deyib.

Onun sözlərinə görə, proses hazırda davam edir:

“Digər götürülməyən analizlərlə əlaqəli komissiyamız tərəfindən heç bir problem olmayıb. Çünki bəzən itkin düşmüş şəxslərin yaxınları DNT analizi verməkdən imtina ediblər. Eyni zamanda, 30 illik müddətdən sonra itkin düşmüş yaxınlarının meyitlərinin tapılacağından ümidlərini itirənlər bir sıra hallarda analiz vermək istəmirlər. Yaxud da bəzi hallarda itkin düşmüş şəxslərin heç birinin ailə üzvü Azərbaycanda yoxdur, yəni xaricdə yaşayır. Təbii ki, onlardan analizlər götürmək mümkün olmayıb. Götürülən analizlərin hamısı arxivləşdirilib”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir