İdman

2036-cı il Olimpiya Oyunları Hindistanda keçirilə bilər

Sharing is caring!


Hindistanın Baş naziri Narendra Modi ölkəsinin 2036-cı il Yay Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etməkdə maraqlı olduğunu təsdiqləyib.

O, bunu Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Mumbayda keçirilən açılış sessiyasında deyib.

“Hindistan Olimpiya Oyunlarına ev sahibliyi etməkdə çox maraqlıdır və onun təşkili üçün bütün səylərini əsirgəməyəcək. Bu, 1,4 milyard insanın çoxdankı arzusudur və bu arzu sizin dəstəyiniz və əməkdaşlığınızla həyata keçməlidir”, – Modi deyib.

Qeyd edək ki, 2036-cı il Olimpiya və Paralimpiya Oyunları Hindistanda keçiriləcək bu səviyyəli ilk yarış ola bilər.

Xatırladaq ki, daha əvvəl Meksika, Türkiyə, İndoneziya və Polşa da 2036-cı il Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün müraciət edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir